DİN-dən yanğınla bağlı - Açıqlama

din-den-yanginla-bagli
Oxunma sayı: 6018

Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verib.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olunublar.

Polis və FHN əməkdaşları ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşıyıb, işçilərin təxliyəsini təmin ediblər. Hazırda polis əməkdaşları tərəfindən  hadisə yeri mühafizə edilir.