“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nərimanov rayonu, A.Neymətulla küçəsində bir neçə gün öncə baş verib.
Bakı sakini 1986-cı il təvəllüdlü Samirə Xangəldiyeva yolu qaçaraq keçən zaman DİN-in Baş Mühafizə İdarəsinin işçisi Azər Mehdiyevin idarə etdiyi BMİ-yə məxsus Toyota markalı avtomobillə vurulub.
Piyada xəstəxanaya müraciət etməyib.
***
DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, DİN-in Baş Mühafizə İdarəsinin belə bir əməkdaşı olsa da, sözügedən qəzanı törətməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil.
"Qafqazinfo" isə bir daha bildirir ki, məlumat doğrudur və bu hadisə aprelin 23-ü saat 13:15 radələrində A.Neymətulla 47 ünvanında baş verib və piyadanı vuran avtomobil 10-AP-566 dövlət nömrə nişanlı olub. Həmin ərazi isə Müşahidə Kameralarının altında yerləşir...
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər