DİN əməkdaşları Fəxri xiyabanda olublar - Fotolar

din-emekdaslari-fexri-xiyabanda-olublar
Oxunma sayı: 2857

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətlə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabana gediblər.

DİN nümayəndələri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.