DİN güllələnən azyaşlı haqda məlumat yaydı

din-gullelenen-azyasli-haqda-melumat-yaydi
Oxunma sayı: 700

8 yaşlı Səbinə Qasımlı bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, iyulun 28-də Biləsuvar rayonunun Günəşli kəndində 7 yaşlı Bəxtiyar Gözəlov evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəş dayısı qızı 8 yaşlı S.Qasımlının baş nahiyəsinə dəyib və nəticədə uşaq hadisə yerində ölüb.

Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-16" markalı ov tüfəngi götürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.