“DİN-in 21:00-la bağlı tövsiyəsi düzgün anlaşılmayıb”

din-in-2100-la-bagli-tovsiyesi-duzgun-anlasilmayib
Oxunma sayı: 7196

“Daxili İşlər Nazirliyinin saat 21:00-dan sonra evdən çıxmamaq tövsiyəsi yanlış şərh olunub”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib. 

O bildirib ki, komendant saatının tətbiq edilməsi gündəmdə deyil: “ Bu gün belə bir məsələ yoxdur. Tövsiyə ilə qadağanı qarışdırmayın. Biz də əhaliyə tövsiyə edirik ki, zərurət olmadıqca evdə qalsınlar.

DİN-in bu tövsiyəsi icazələrdən sui-istifadə edən şəxslərə nəzərən verilib”.