DİN-in cərimə balı sisteminə nə olub? - Açıqlama

din-in-cerime-bali-sistemine-ne-olub-
Oxunma sayı: 2814

Daxili İşlər Nazirliyi sürücü cərimələri yoxlayan sistemin deaktiv olması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, DİN-in saytında sürücü cərimələri yoxlayan sistemin deaktiv olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Əslində Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən qabaqcadan təsdiq edilmiş plana uyğun olaraq Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin texniki təminatı daha müasir və qabaqcıl texnologiyalar əsasında hazırlanmış yeni proqram təminatına keçirilib. Həmin keçid zamanı bəzi texniki nasazlıqlar yaranıb ki, artıq onlar tam şəkildə aradan qaldırılıb. Hazırda mərkəzi informasiya sistemi həmişə olduğu kimi normal fəaliyyət göstərir”.

Qeyd edək ki, bəzi KİV-də Daxili İşlər Nazirliyinin saytında sürücü cərimələri yoxlayan sistemin "çökməsi" barədə məlumatlar yayılıb.

***

“Qafqazinfo” nazirliyin bu açıqlamasından sonra sözügedən saytı yoxlayıb və bəlli olub ki, ötən gün mövcud olan problem aradan qaldırılmayıb. Saat 13.00-da edilmiş screen-shot-u təqdim edirik.