Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Bakı şəhər sakini Gündüz Cəfərovun ona qarşı yol verilən qanun pozuntuları ilə bağlı müraciəti Binəqədi Rayon Polis İdarəsində araşdırılıb. Aparılan araşdırmalar zamanı “Qala-BTX” və “Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynovun qabaqcadan bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı şəxsləri işə düzəltmək və guya cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə aldadaraq, onlardan müxtəlif məbləğlərdə pullar alıb.
Həmin şəxslərə 2014-cü ilin noyabr ayınadək müxtəlif məbləğlərdə əmək haqlarını qismən verərək, sonradan isə pulu mənimsəyərək dələduzluq yolu ilə zərərçəkmişlərə xeyli miqdarda zərər vurmasında şübhələr üçün əsaslar olduğundan V.Hüseynov həbs edilib.
O, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.
Hazırda iş üzrə Bakı şəhər Baş Polis İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər