DİN-in qarşısında özünü yandıran şəxsin vəziyyəti açıqlandı

din-in-qarsisinda-ozunu-yandiran-sexsin-veziyyeti-aciqlandi
Oxunma sayı: 3409

Xəbər verdiyimiz kimi, bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub. Polis əməkdaşlarının köməyi ilə alov söndürülüb.

TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, sözügedən şəxs reanimasiya şöbəsinə yerləşdirilib.

Bildirilib ki, o, II-III dərəcəli ağır yanıq xəsarəti alıb: “İntihara cəhd edən şəxs Respublika Yanıq Mərkəzinə yerləşdirilib”.

Qeyd edək ki, hadisə zamanı bir polis əməkdaşı əl və qol nahiyəsindən xəsarətlər alıb.