DİN it döyüşdürənlərin videosunu yaydı

din-it-doyusdurenlerin-videosunu-yaydi
Oxunma sayı: 5561

Azərbaycanda it döyüşləri təşkil edərək itləri bir-birinə yedirdənlərin həbsdən videosu yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, videonu Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.

Xatırladaq ki, döyüşlərin təşkilatçılarından biri – Mətləb Əliyevdən metamfitamin götürüldüyü üçün narkotik satışında təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Digər 3 nəfər Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev isə polisə tabe olmadıqları üçün 30 sutka inzibati qaydada həbs ediliblər.