Müsabiqədə Bərdə, Masallı və Sabirabad rayonlarında yaşayan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini başa vurmuş (kişilər üçün), yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 170 santimetrdən (qadınlar üçün 160 santimetrdən) hündür olan, ali təhsilli, kompyuterdən istifadə etməyi bacaran Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün vətəndaşlar mart ayının 1-dən 30-dək şənbə, bazar və bayram günləri istisna olmaqla hər gün saat 10-dan 17-dək (012) 590-94-59, (012) 590-91-60 nömrəli telefonlarla DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə müraciət edə bilərlər.
Son xəbərlər
Son Xəbərlər