DİN nigeriyalı tələbənin iddialarına cavab verdi

din-nigeriyali-telebenin-iddialarina-cavab-verdi
Oxunma sayı: 2954

Daxili İşlər Nazirliyi nigeriyalı tələbənin pulunun hoteldə oğurlanması iddiası ilə bağlı açıqlama verib.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Nigeriya vətəndaşı Agona Viktor Chibuezenin Bakıdakı hotellərdən birində soyulması ilə bağlı iddiaları həqiqəti əks etdirmir: “Daxil olan müraciət üzrə Səbail RPİ əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalarla oğurluq faktı təsdiqini tapmayıb. Müəyyən olunub ki, həmin şəxsin üzərində ümumiyyətlə, qeyd etdiyi məbləğdə pul olmayıb”.

Qeyd edək ki, Odlar Yurdu Universitetinin 3-cü kurs tələbəsi olan 2002-ci il təvəllüdlü Agona Viktor Chibueze müvəqqəti yaşadığı və İçərişəhərdə yerləşən “Cayra” hotelindən qovulduğunu bildirib. O iddia edib ki, hotelin sahibi onun əşyalarını küçəyə atıb və bu zaman çantasındakı 1500 dollar oğurlanıb.

Murad Əhməd