DİN o görüntülərlə bağlı araşdırma başladıb - Video

din-o-goruntulerle-bagli-arasdirma-basladib
Oxunma sayı: 6627

Xəbər verdiyimiz kimi, AFFA U-16 Liqasının yarımfinalı çərçivəsində keçirilən “Zirə”-“Neftçi” matçında qonaq komandanın məşqçisi İsmayıl Məmmədov azarkeşlər tərəfindən döyülüb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, sözügedən oyununda məşqçinin döyülməsi ilə bağlı polisə hər hansı müraciət daxil olmayıb. 

“Tərəfimizdən aidiyyəti üzrə futbol klubu ilə əlaqə saxlanılıb, hadisənin təfərrüatı öyrənilib. Vurğulanıb ki, tərəflər arasında şikayətə səbəb olacaq hadisə baş vermədiyi üçün polisə müraciət edilməyib. 

Buna baxmayaraq yayılan görüntülərlə əlaqədar ərazi polis orqanında araşdırma başlayıb. Hadisə iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilir. Araşdırmanın nəticəsi barədə məlumat veriləcəkdir” - DİN-dən bildirilib.