"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, iyunun 11-də saat 14 radələrində paytaxtın Nizami rayonu Ə.Əzimzadə küçəsində Bakı şəhər sakini Həbib Cəfərova məxsus mebel sexində yanğın baş verib. Nəticədə sexin 15 kvm. sahəsində olan taxta tullantıları yanıb, yanıq xəsarətləri almış sexdə işləyən fəhlələrdən - paytaxt sakinləri Mirzə Zeynalova, Manaf Babayevə, Abşeron rayon sakini Ağa Əzimova xəstəxanada ilkin tibbi yardım göstərilib, paytaxt sakinləri Tufan Məmmədov və Türkiyə vətəndaşı Cahid Karaca xəstəxanaya yerləşdirilib.
Son xəbərlər
Son Xəbərlər