DİN “Qanun” nəşriyyatından video yaydı

din-qanun-nesriyyatindan-video-yaydi
Oxunma sayı: 4444

Daxili İşlər Nazirliyi “Qanun” nəşriyyatında çalışan şəxslərin xüsusi karantin qaydalarını pozduğuna dair video yayıb.

“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, qapalı məkan olmasına baxmayaraq, işçilər tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni maskalardan istifadə etmirlər.

Qeyd edək ki, bir neçə saat əvvəl “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Çevik Polis Alayı əməkdaşlarının qapalı məkanlarda tibbi maskadan istifadə olunub-olunmamasına nəzarət üçün mətbəəyə girməsinə və çəkiliş aparmalarına etiraz edib. O, bununla bağlı həmin polis əməkdaşları ilə söhbətini videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb.