DİN saytlarında yaranan problemlə bağlı açıqlama yaydı

din-saytlarinda-yaranan-problemle-bagli-aciqlama-yaydi
Oxunma sayı: 1121

Daxili İşlər Nazirliyi (DİN) “E-payment.mia.gov.az” və “E-xidmet.mia.gov.az” veb səhifələrinə daxil olmaqda yaranmış problemlə bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, nazirlikdən problemin “Google Chrome” brauzerindən qaynaqlandığını bildirilib:

“Bu, DİN-in göstərdiyi xidmətlərin texniki nasazlığı ilə bağlı deyil.  “Google Chrome” brauzeri 66-cı versiyadan başlayaraq “Symantec” şirkətinə məxsus və 2016-cı il iyun ayının 1-dən etibarən verilmiş təhlükəsizlik sertifikatlarını tanımayacağını bəyan edib.

​“E-payment.mia.gov.az” və “e-xidmet.mia.gov.az” veb səhifələrində istifadə olunan təhlükəsizlik sertifikatı da yuxarıda adıçəkilən şirkətə məxsusdur.

​Buna görə də, problem yalnız “Google Chrome”u ən son – 66-cı versiyasından istifadə edənlərdə yaranıb. Bununla bağlı texniki işlər davam etdirilir. Ən qısa zamanda xidmətlərin fəaliyyəti yenidən bərpa olunacaq. Digər brazuerlərdən, həmçinin mobil telefonlar vasitəsilə qeyd edilən səhifələrə daxil olmaq mümkündür”.