DİN təlim məşqi keçirib

din-telim-mesqi-kecirib
Oxunma sayı: 1104


Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Daxili Qoşunların, Çevik Polis Alayının, Bakı və Sumqayıt Baş Polis İdarələrinin, Baş Mühafizə İdarəsinin və Nazirliyin Xüsusi Təyinatlı "Aslanlar" bölüyünün təxminən iki min nəfərə yaxın əməkdaşının iştirak etdiyi təlimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə nazir qeyd olunan təyinatlar üzrə istifadə edilən yeni texnikaya və xüsusi vasitələrə baxış keçirib. Daha sonra şəxsi heyətin nümunəvi çıxışları olub, müxtəlif istiqamətlərdə hüquqpozmaların qarşısının alınmasında əməkdaşların hazırlıq səviyyəsi nümayiş etdirilib.

Tədbirin gedişini izləyən daxili işlər naziri, təlimin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi daşıdığını qeyd edərək, şəxsi heyətin bu sahədə hazırlığını yüksək qiymətləndirib.