DİN və Penitensiar Xidmət birgə əməliyyat keçirdi

din-ve-penitensiar-xidmet-birge-emeliyyat-kecirdi
Oxunma sayı: 3156

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Penitensiar Xidmətdən “Qafqazinfo”ya verilən məlumata görə, əməliyyat nəticəsində Zahid Balakərim oğlu Cəbrayılova məxsus bir ədəd “Karabin” markalı odlu silah və 2 ədəd güllə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.