Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Xaçmaz RPŞ-nin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli rayonda dini, mənəvi-əxlaqi dəyərlərin qorunması, radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərirn qarşısının alınması istiqamətində görülən işlər barədə iştirakçılara məlumat verib.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev, Rayon İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti yanında dini işlər üzrə komissiyanın sədri Yetkin Mehmanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbə müdiri Eynulla Nurullayev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə dini icmasının sədri Yaşar Rzayev, rayon Ağsaqqallar Şurasının sədri Böyükağa Məmmədov və digər şəxslər mövzu ətrafında çıxış ediblər.
Tədbirdə mövzu ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Son Xəbərlər