DİN Xaçmazdakı hadisə ilə bağlı məlumat yaydı

din-xacmazdaki-hadise-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 1165


"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, iyulun 24-nə keçən gecə Xaçmazda şəhər sakinləri Coşqun Cəbrayılov və onun qardaşı İsmayıl münaqişə zəminində həmyerliləri  Elşən Əhmədova, Eyvaz Cəbrayılova və Emil İsayevə bıçaqla xəsarət yetirib hadisə yerinindən qaçıblar. 

Nəticədə Elşən Əhmədov hadisə yeridə ölüb, Eyvaz Cəbrayılov və Emil İsayev xəstəxanaya yerləşdirilib. 

Xaçmaz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, Coşqun və İsmayıl Cəbrayılov qardaşları əvvəllər məhkumluq həyatı yaşayıblar.