DİN Xocalıda şəhid olan polisləri andı

din-xocalida-sehid-olan-polisleri-andi
Oxunma sayı: 900


“Qafqazinfo”nun verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin müavini, polis  general-leytenantı Oruc Zalov bildirib ki, öz tarixinin müxtəlif mərhələlərində erməni millətçiləri tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 23 il əvvəl Xocalıda üzləşib. 

Xocalının müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu xatırladan nazir müavininin təklifi ilə soyqırıma məruz qalmış  xocalıların, eləcə də ərazi  bütövlüyümüz və suverenliyimiz uğurunda canlarından keçən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhid ailələri adından danışan Tacirə Xəlilova, Şamilə Məmmədova və Vərziyar Əliyeva onlara göstərilən diqqət, qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildirib.