DİN yeniyetmənin qardaşını güllələməsi ilə bağlı məlumat yayıb

din-yeniyetmenin-qardasini-gullelemesi-ile-bagli-melumat-yayib
Oxunma sayı: 1433

Daxili İşlər Nazirliyi qardaşın qardaşı güllələməsi faktı ilə bağlı məlumat yayıb.

"Qafqazinfo" xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsində yaşayan 13 yaşlı  yeniyetmə evlərinin həyətində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə qardaşı, 20 yaşlı Rəhim Rəhimovun baş və qarın nahiyəsinə xəsarət yetirib. Nəticədə R.Rəhimov aldığı yaralardan ölüb.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.