“Dinamo” “Brügge” ilə bərabərə qaldı

dinamo-brugge-ile-berabere-qaldi
Oxunma sayı: 841

UEFA Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.

"Qafqazinfo" xəbər verir ki, günü ilk matçında Kiyev "Dinamo"su doğma meydanda Belçika "Brügge"sini qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 62-ci dəqiqədə meydan sahiblərindən Mixail Buyalski açıb. Bundan 5 dəqiqə sonra Brendon Mexele bərabərlik qolunu vurub. 

Qeyd edək ki, cavab görüşü fevralın 25-də keçiriləcək.