“Dinamo” Mahir Emrelini Avroliqa oyunu üçün sifariş etdi

dinamo-mahir-emrelini-avroliqa-oyunu-ucun-sifaris-etdi
Oxunma sayı: 1451

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna keçib.

“Qafqazinfo” xəbər verir ki, yeni klubu İspaniyanın "Sevilya" klubuna qarşı keçiriləcək Avropa Liqasının pley-off oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Bu barədə UEFA-nın rəsmi saytındakı sifariş ərizəsində həmyerlimizin adı qeyd olunub.

M.Emreli yeni komandasında 71 nömrəli forma ilə meydana çıxacaq.

Qeyd edək ki, “Dinamo” "Sevilya"ya qarşı ilk matçını fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.