“Dinamo” – “Neftçi” oyununun saatı açıqlandı

dinamo-neftci-oyununun-saati-aciqlandi
Oxunma sayı: 1541

“Neftçi”nin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Dinamo” (Tibilisi) ilə səfər oyununun saatı məlum olub.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 14-də “Bakcell Arena”da oynanılacaq.