“Dinamo”, PAOK və “Gent” ÇL-in pley-offunda!

dinamo-paok-ve-gent-cl-in-pley-offunda
Oxunma sayı: 1524

Futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.

"Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Kiyev “Dinamo”su doğma meydanda “Alkmaar”ı qəbul edib. Ukrayna təmsilçisi inamlı qələbə sayəsində pley-offa vəsiqə qazanıb. Portuqaliya “Benfika”sı isə PAOK-un, Avstriya “Rapid”i “Gent”in qonağı olub. Bu oyunlarda da sevinən tərəf meydan sahibləri olub.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
15 sentyabr

Dinamo (Kiyev, Ukrayna) – Alkmaar (Niderland) 2:0
Qol: Rodriqes, 49. Şaparenko, 86.

PAOK (Yunanıstan) – Benfika (Portuqaliya) 2:1
Qol: Yannopulos, 63, Jivkoviç, 75 – Silva, 90+4

Gent (Belçika) – Rapid (Vyana, Avstriya) 2:1
Qol: Dorş, 36. Yaremçuk, 59-pen – Y.Demir, 90+3.