“Neftçi”nin yeni transferi Xəyal Nəcəfov klubun televiziyasına müsahibə verib. “Qafqazinfo”nun məlumatına görə, o, Bakı təmsilçisinə keçidindən və hədəflərindən danışıb:
““Neftçi”yə transferim çempionatın sonunda baş verdi. Artıq həmin vaxt söz-söhbətlər çıxdı. “Neftçi" haqqında heç nə demək olmur. Çox böyük klubdur. Buraya gəldiyim üçün sevinirəm. Sevindirici haldır ki, “Neftçi” kimi klubdan mənə təklif gəlib. Hisslərlə başa salmaq mümkün deyil. Belə böyük klubda oynamaq şərəfdir. “Sumqayıt”da oynamışam, böyük kluba gəlməyim daha da sevindiricidir. Burada olduğuma görə xoşbəxtəm. Əlimizdən gələn hər şeyi edib, bütün titulları qazanmaq istəyirik. Komandada rəqabətin olması yaxşı haldır. Yaxşı məşqlər, oyunlar göstərəcəyik. Mən də rəqabətə hazıram. "Neftçi" kimi böyük klubda rəqabətin olması normaldır. Oynasam və öz oyunumu sərgiləsəm, əsas milli komandanın baş məşqçisi Canni De Byazi məni yenidən yığmaya çağıracaq”.
Nəcəfov Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə matçlara da toxunub: “Məşq edib, yoxlama oyunları keçirib, həmin görüşlərə hazırlaşmaq lazımdır. Demək olar ki, eyni səviyyəli komandadır. İnanıram ki, bu rəqibi keçəcəyik. Başqa variant yoxdur”.
Son xəbərlər
Son Xəbərlər