Dindarlar aksiya keçirdilər

dindarlar-aksiya-kecirdiler
Oxunma sayı: 641

“Qafqazinfo”nun “Novostink.ru” saytına istinadən verdiyi xəbərə görə, mitinqlərdə son aylarda oğurlandıqları ehtimal edilən şəxslərin ailə üzvləri də iştirak ediblər. Nümayişçilər əllərində “Bu gün bizim oğullarımız, qardaşlarımız, sabah isə sizin”, “Oğullarımız buraxın” şüarları yazılan plakatlar tutublar. Daha sonra isə nümayiş Milli Kitabxananın binası qarşısında davam etdirildi. Saytın yazdığına görə, həmin vaxt Dağıstan prezidenti Maqomedsalam Maqomedov və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin də iştirakı ilə Rusiya-Azərbaycan iqtisadi forumu keçirilirdi. Nümayişçilərin qarşısına ilk olaraq Dağıstanın birinci vitse-prezidenti Rizvan Qurbanov çıxıb. O bildirib ki, respublika rəhbərləri insanların yoxa çıxması faktı ilə bağlı istənilən bəyanatı nəzarətsiz qoymayacaq.

Səidə