Dinə əsasən körpəyə neçə ay ana südü verilməlidir?

dine-esasen-korpeye-nece-ay-ana-sudu-verilmelidir
Oxunma sayı: 4560


“Qafqazinfo”nun islam.az-a istinadən məlumatına görə, onun tərkibində körpənin sağlam inkişafı üçün tələb olunan bütün faydalı maddələr vardır. Buna görə İslam dinində ananın öz körpəsini südlə böyütməsi təşviq edilir. 

Qurani-kərimin “Əhqaf” surəsinin 15-ci ayəsində buyurulur ki, hamiləlik və südvermə müddətləri üst-üstə 30 aydır. “Bəqərə” surəsinin 233-cü ayəsində isə buyurulur ki, analar öz uşaqlarına iki il boyunca süd versinlər.

Məsələ bundadır ki, hamiləliyin ən qısa müddəti 6 aydır; bundan az müddətdə doğulan uşaq yaşaya bilməz. Buna görə Allah ən qısa hamiləlik müddətini 6 ay götürərək, südverməyə 2 il ayırır və bunların cəmini 30 ay hesab edir. Bəzi hədislərdə körpəyə ən azı 21 ay süd verilməsi buyurulur.