“Qafqazinfo”ya daxil olan məlumata görə, Niderland krallığının Xarici İşlər Nazirliyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının ofisi və Azlıqların məsələləri üzrə Avropa Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi Cənubi Qafqazda vicdan azadlığı ilə bağlı mövcud vəziyyəti müzakirə etmək və dini icmalar arasında əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparmaqdan ibarət olub. Konfransda Azərbaycan, Gürcüstan və Ermənistandan müvafiq dövlət qurumlarının nümayəndələri və müxtəlif dini konfessiyaların təmsilçiləri iştirak ediblər. Konfransa Azərbaycandandan Prezident Administrasiyasının, Ombudsman aparatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, eləcə də ölkədə fəaliyyət göstərən əksər dini konfessiyaların nümayənədərindən ibarət heyət qatılıb.
Son xəbərlər
Son Xəbərlər