Dini geyimdə Tağıyev modeli…

dini-geyimde-tagiyev-modeli
Oxunma sayı: 2931


“Qafqazinfo” xəbər verir ki, bunu “Media forum” saytına  Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.  “Vaxtilə geydiyi geyimlər kənardan baxanda onun müsəlman olduğunu dərhal söyləməyə imkan verib. Ona görə də Hacı Zeynalabdin Tağıyevin geyimləri bir nümunə olaraq götürüldü. Onun məşhur fotolarında əks olunan geyimə və papağa uyğun olaraq din xadimləri üçün vahid geyim, həmçinin papaq hazırlandı.

Ən əsası isə əbanın uzun olmamasına qərar verildi. Çünki əba uzun olanda onunla bütün məclislərə getmək olmur, uzun  əba daha çox məsciddə geyinib minbərə çıxmaq üçündür. Din xadimlərimizin müxtəlif məclislərə, ictimaiyyət arasına rahat çıxmasına imkan verə biləcək bir geyim forması seçdik. Nəticədə sırf Azərbaycana məxsus olan, müstəqil ölkəmizin din xadimi üçün nəzərdə tutulan geyim ərsəyə gəldi. Diqqətlə baxan hər bir şəxs görə bilər ki, bu geyimlərdə heç bir ölkənin din xadiminin geyimi imitasiya olunmayıb. Ola bilər, hansısa element başqa ölkənin din xadiminin geyiminə müəyyən qədər oxşasın, amma bütövlükdə götürdükdə bu geyimlər yalnız müstəqil Azərbaycanın din xadiminə məxsus bir geyimdir. Hamı da bunu bəyənib”.