“Dini hisslərə toxunmaqla qarışıqlıq yaratmağa cəhd göstərirlər” - Hacı Şahin

dini-hisslere-toxunmaqla-qarisiqliq-yaratmaga-cehd-gosterirler
Oxunma sayı: 2887

Məşədi Dadaş məscidinin imamı, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli Cümə xütbəsində ötən gün bir qrup radikal şəxsin Londondakı səfirliyimizə hücum etməsinə münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, Hacı Şahin baş verənlərin və davranış formasının İslam dinə uyğun olmadığını deyib:

“Baxmayaraq ki, məlum şəxslər orada dini şüarlar səsləndirirdi, əslində bu dini hisslərin istismar edilməsidir. Bu insanların dini və məzhəbi yoxdur. Onların fəaliyyətini araşdıranda məlum olur ki, ilk gündən qarşıdurma yaratmaq istiqamətində çalışırlar. Çox güman ki, bu işləri xarici xüsusi xidmət orqanlarının sifarişi ilə görürlər. Ordan endirilən, təhqir edilən bayraq uğrunda minlərlə canını fəda edərək şəhidlik zirvəsinə ucalıb. O, bayrağın endirilməsi, təhqir edilməsi, dövlətimizlə yanaşı, dinimizin, inancımızın təhqir edilməsidir".

Hacı Şahin əlavə edib ki, Londonda törədilən hadisıə bu günlərdə Azərbaycanın həyata keçiridiyi “Qisas” əməliyyatı ilə də bağlı ola bilər: "Mən baxıb görürəm ki, erməni teleqram kanalları Londondakı hadisəni böyük canfəşanlıqla yayırlar. Yəqin ki, zaman göstərəcək ki, bu kimi addımlarda düşmən izi var. Azərbaycanın inanclı insanları da bu kimi hadisələrdə diqqətli olmalıdırlar. Görürük ki, dini hisslərə toxunaraq Azərbaycanda qarışıqlıq yaratmağa cəhd göstərirlər".