“Qafqazinfo” xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 6-da Zaqatala şəhərində işə başlayan “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda növbəti regional konfransda jurnalistlərə müsahibəsində deyib.
Komitə sədri bildirib ki, iki gün davam edəcək konfransda İslam dininin ənənəvi dəyərlərindən söhbət açılacaq, dövlət-din münasibətləri və hazırki şəraitdə din sahəsində həyata keçirilən siyasət barədə geniş müzakirələr aparılacaq. Konfrans çərçivəsində, həmçinin bölgədə fəaliyyət göstərən din xadimləri və ziyalılarla görüşlərin keçirilməsi də nəzərdə tutulur. Aprelin 7-də zaqatalalı gənclərin, dinşünas və ilahiyyatçı alimlərin iştirakı ilə keçiriləcək “dəyirmi masa”da isə iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.
M.Qurbanlı belə maarifləndirici tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Son xəbərlər
Son Xəbərlər