“Dini radikalizmin qarşısı vaxtında və qətiyyətlə alınmalıdır”

dini-radikalizmin-qarsisi-vaxtinda-ve-qetiyyetle-alinmalidir-
Oxunma sayı: 3081


“Qafqazinfo”nun verdiyi xəbərə görə, F.Ələsgərov insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, eyni zamanda, aidiyyatı Dövlət Proqramlarından, Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələrin yüksək  səviyyədə icra olunduğunu, cinayətkarlıqla mübarizə, ictimai təklükəsizliyin təmini sahələrində bir sıra uğurlar qazanıldığını qeyd edib. 

Məruzə ətrafında çıxış edən Naxçıvan MR-in daxili işlər naziri Əhməd Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov və başqaları hesabat dövründə görülən işlərdən və buraxılan nöqsanlardan danışaraq, çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün kəsərli tədbirlərin görüləcəyini bildiriblər.  

 Nazir Ramil Usubov yekun nitqi ilə çıxış edərək bildirib ki, əldə olunan müsbət nəticələr inkişaf etdirilməli, nöqsan və çatışmazlıqlar tam aradan qaldırılmalıdır: “Orqan və hissələr müasir dövrün çağırış və təhdidlərinə daim hazır olmalı, transmilli mütəşəkkil cinayətkarlığın, dini radikalizmin qarşısı vaxtında və qətiyyətlə alınmalıdır”. 

Cari ilin paytaxtda keçiriləcək ən mühüm beynəlxalq tədbirinə - I Avropa Oyunlarına  hazırlıq işlərindən danışan daxili işlər naziri sözügedən tədbirlər çərçivəsində 700 əməkdaşın xarici dil kurslarına cəlb olunduğunu bildirib.

Murad Əhməd