Dinkin qatilinə 23 illik həbs verildi

dinkin-qatiline-23-illik-hebs-verildi
Oxunma sayı: 646

Oğün Samast ömürlük həbsə məhkum olunub, ancaq cinayəti yetkinlik yaşına çatmamış (17 yaşı olarkən) törətdiyindən cəzası 21 il 6 ay müddətinədək azaldılıb. Oğün Samasta əlavə 1 il 6 ay cəza qanunsuz olaraq odlu silah saxladığına görə verilib.

Hrant Dink Türkiyədə doğulub. İstanbul Universitetində təhsil alıb. Türkiyədə solçuluq ideyologiyasının tərəfdaşlarından biri, qeyri-leqal şəkildə fəaliyyət göstərən Türkiyə Kommunist Partiyasının üzvü olub. 1996-cü ildə Türkiyədə erməni dilində “Aqos” qəzetini təsis edib. “Erməni soyqırımı” ilə bağlı yazılarına görə 2005-ci ilin oktyabrında 6 ay müddətinə şərti həbs cəzasına məhkum olunub.

Oğün Samast Hrant Dinki türk millətini təhqir etdiyinə görə öldürdüyünü açıqlayıb.