DİP də namizədlərini təsdiqlədi

dip-de-namizedlerini-tesdiqledi
Oxunma sayı: 1048

Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 1 noyabr 2015-ci ildə Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərdə iştirak edəcək namizədləri təsdiqləyib.

"Qafqazinfo" xəbər verir ki, Siyasi Şuranın qərarına əsasən seçkilərdə müxtəlif seçki dairələri üzrə partiyanın 45 namizədi iştirak edəcək. Partiya sədri Asim Nazim oğlu Mollazadə isə namizədliyini hazırda deputatı olduğu 22 saylı Nəsimi 2-ci Seçki Dairəsindən irəli sürəcək.

Artıq partiyanın səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiqlənib. Partiyanın namizədləri ilə bağlı müvafiq sənədlər isə DSK-lara təqdim edilir.