Portuqaliya səfirliyinin Müvəqqəti İşlər Vəkili Maria Joao Kardoso Gəncə-2016 AGP İctimai Birliyinin sədri Elmir Vəliyev ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüşdə 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilən Gəncə şəhəri ilə Portuqaliyanın şəhərləri arasında müxtəlif sahələr üzrə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Elmir Vəliyev layihə çərçivəsində həyata keçirilən və ilin sonuna kimi keçirilməsi nəzərdə tutulan layihələrdən danışıb.
Maria Joao Kardoso bildirib ki, bu onun Gəncə şəhərinə ilk səfəridir. Gəncə şəhəri ilə Portuqaliyanın gənclərini bağlayan amillər var. 2012-ci il Portuqaliyanın Praqa şəhəri Avropa Gənclər Paytaxtı seçilib və 2018-ci il üçün ölkəsinin KaşKay şəhəri AGP elan edilib.
Müvəqqəti İşlər Vəkili Gənclərin çoxluq təşkil etdiyi Kaşkay şəhəri ilə Gəncə şəhəri arasında əməkdaşlığın uğurlu olacağına inandığını deyib.

Son xəbərlər
Son Xəbərlər