Diplomatik nümayəndələr Cəbrayıldadır - Foto

diplomatik-numayendeler-cebrayildadir
Oxunma sayı: 1653

Xəbər verdiyimiz kimi, Prezidentin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovun diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfəri başlayıb.

“Qafqazinfo”nun həmin ərazilərə ezam olunmuş əməkdaşları xəbər verir ki, Cocuq Mərcanlı kəndinə səfərdən sonra onlar Cəbrayılın yaxınlığında yerləşən yüksəklikdən dağıdılmış Cəbrayıl şəhərini müşahidə ediblər. 

Burada tanınmış fotoqraf Reza Deqati çıxış edərək bildirib ki, Ağdam, Füzuli və işğaldan azad edilmiş bir neçə ərazilərdə olub: “Hər bir yerdə erməni vandalizmini müşahidə etmişəm. Bu cür dağıntılara hər yerdə rast gəlirik. Cəbrayıl şəhəri isə tamamilə dağıdılıb”.

Fotoqraf Cəbrayıl rayonunda yerləşən dağıdılmış Çinar çay evi və Mədəniyyət evi haqda səfirlərə və beynəlxalq təşkilat rəhbərlərinə məlumat verib.

Murad Əhməd

Nuran Məmmədov