“Diplomatlar Məktəbi” öz işinə başlayır

diplomatlar-mektebi-oz-isine-baslayir
Oxunma sayı: 717


“Qafqazinfo”ya daxil olan məlumata görə, Qlobal Cəmiyyət Qurucuları Cəmiyyətinin təşklatçılığı, Gürcüstanın Gənclər və İdman Nazirliyinin, Tibilisi Dövlət Unversitetinin dəstəyi ilə keçirilən tədbir 18-28 sentyabr tarixində Gürcüstanın Cvari şəhərində baş tutacaq.

Azərbaycan, Ukryana, Türkiyə, Moldova, Litva, Latviya, Gürcüstan və Estoniyanın qatıldığı “Gənc Diplomatlar Məktəbi”ndə bu ölkələrin ali məktəblərinin politologiya, beynəlxalq münasibətlər və hüquq üzrə təhsil alan tələbələri iştirak edəcək. Bir həftə ərzində onlar üçün Gürcüstan hökümətinin rəsmi şəxsləri, o cümlədən Gürcüstanda fəaliyyət göstərən səfilirk nümayəndələri tərəfindən müxtəlif mövzularda seminarlar keçirləcək.

Qeyd edək ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012-ci ildə 27 ölkəni təmsil edən gənclər tərəfindən Bakıda təsis edilib. Təşkilatın əsas hədəfi qədim ipək yolu üzərində yerləşən ölkələrin gəncləri arasında mədəni və humanitar mübadiləni təşkil etməkdir.