Diplomsuz din xadimlərinin taleyi necə olacaq?

Diplomsuz din xadimlərinin taleyi necə olacaq?
Oxunma sayı: 1473

Məscidə rəhbərlik edən və dini diplomu olmayan din xadimlərinin taleyi necə olacaq?

“Qafqazinfo” xəbər verir ki, bu məsələyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov aydınlıq gətirib. O qeyd edib ki, bu proses mərhələli şəkildə, zamanla həllini tapacaq: “Məscidlərdə ali dini təhsili olmayan şəxlər var və bizdə onlarla bağlı məlumat var. Biz desək ki, sabahdan onları işdən azad etməliyik, bu, doğru olmaz. Bu, mərhələli şəkildə həyata keçiriləcək. Bununla bağlı attestasiya nəzərdə tutulub. Mərhələli şəkildə diplomu olan din xadimləri ilə əvəz olunacaqlar”.

Gülnar Əliyeva