“Diqlas”da zərərçəkənlərə nə qədər ödəniləcək? - Məbləğ

diqlasda-zerercekenlere-ne-qeder-odenilecek
Oxunma sayı: 2470

Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında qərar təsdiqlənib.

“Qafqazinfo” Hüquqi Aktların Dövlət Reyestr Xidmətinə istinadən xəbər verir ki,  qərarda qeyd olunur ki, maddi yardımın məbləği aşağıdakı qaydada müəyyən edilsin:

mağaza, anbar icarəyə götürmüş zərər çəkmiş sahibkara – 10000 manat;
piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara - 2000 manat.
Maddi yardım zərər çəkmiş sahibkara dəymiş ziyandan artıq ödənilmir. “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2019-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar Nazirliyə ayrılmış vəsait Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin hesabına köçürülür.

 Zərər çəkmiş sahibkara çıxarış verildiyi gündən 5 iş günü müddətində maddi yardımın məbləği Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən zərər çəkmiş şəxsə plastik kart vasitəsilə təqdim edilir.

Qeyd edək ki, zərər çəkmiş sahibkarlar maddi yardımın ödənilməsindən imtinadan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət verə bilər.

Günel Türksoy