Direktor müavini olmaq istəyənlər imtahan verdi

direktor-muavini-olmaq-isteyenler-imtahan-verdi
Oxunma sayı: 3638


“Qafqazinfo” İdarənin facebook səhifəsinə istinadən xəbər verir ki, , müsabiqə 3 mərhələdən ibarətdir və imtahanda I mərhələdə (17-24 noyabr tarixlərində) bakuedu.az saytında qeydiyyatdan keçən və tələblərə uyğun olan namizədlər iştirak edib.

Belə ki, yanvarın 24-ü laborantlığa namizədlər üçün keçirilən imtahanda 245 nəfər, yanvarın 25-i təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə 149 nəfər, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vazifəsi üzrə namizədlər üçün imtahanda isə 45 nəfər iştirak edib. İmtahandan uğurla keçən namizədlər III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcək

Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanılacaq Yeni vakansiyalar yarandığı halda bu namizədlərin müsabiqədəki göstəricilərinə əsasən işlə təmin olunması nəzərdə tutulur.