Direktordan bufetlərlə bağlı yayılan xəbərə - - Reaksiya

direktordan-bufetlerle-bagli-yayilan-xebere-
Oxunma sayı: 4437


Direktor  “Qafqazinfo”ya açıqlamasında vurğulayıb ki,  ötən gün yayılan informasiyada 190 nömrəli məktəbin bufet işçilərinin cərimələnməsi haqqında məlumat verilib: “Qeyd edim ki, Bakıda 190 nömrəli məktəb fəaliyyət göstərmir. Məktəbin adı 189-190 saylı orta məktəbdir.  Bizim məktəbin bufetində heç bir yoxlama aparılmayıb. Nəyə görə belə bir xoşagəlməz hadisələrdə məktəbin adını hallandırırlar?  Bu rəhbərliyi, valideynləri narahat edən məsələdir.  Mən Səhiyyə Nazirliyinin Qaynar Xəttinə, Təhsil Nazirliyinə bu barədə məlumat vermişəm. Bu informasiya həqiqəti əks etdirmir”.

Qeyd edək ki, ötən gün lent. az saytında   Bakıda şagirdlərin sağlamlığını təhlükədə qoyan 8 məktəb bufetinin fəaliyyəti dayandırılması, həmçinin 11 məktəbin bufet işçisinin cərimə olunması barədə xəbər yayımlanıb. 

Günel