Direktordan müəllimlərə məcburi uniforma- - Şəxsi sexində tikiləcək

direktordan-muellimlere-mecburi-uniforma-
Oxunma sayı: 1698


Müəllimlərin sözlərinə görə, direktor Eldar Hümbətov onlara tapşırıq verib ki, yaz tətilindən sonra məcburi sürətdə məktəb tərəfindən tikdirilmiş müəllim uniformasını geyinməlidirlər. 

Qeyd olunub ki, həmin uniforma göy rəngli pencək və ətəkdən ibarətdir.

Uniformanın qiyməti isə 60 manatdır.

Müəllimlər eyni zamanda onu da əlavə ediblər ki, direktorun göstərişinə görə həmin uniformalar onun şəxsi sexində tikiləcək və hər bir müəllim həmin geyimi məcburi sürətdə almalıdır. 

Məsələ ilə bağlı qarşı tərəfin fikrini öyrənmək istədik. Lakin, nə Tovuz rayon Təhsil Şöbəsindən məsələ ilə bağlı münasibət öyrənə bildik, nə də həmin qurum məktəbin nömrəsini bizə verdi. Bildirdilər ki, onlarda bu məktəbin nömrəsi yoxdur.