Biləsuvarda məktəb yanıb. "Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, rayonun Təzəkənd kəndində ümumi sahəsi 1561 kv.m olan birmərtəbəli 18 sinifdən ibarət olan orta məktəbin sahəsi 15 kv.m olan direktor otağının yanar konstruksiyaları yanıb.
Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər