Məşhur “Diriliş Ertoğrul” serialında canlandırdığı obrazla məşhurlaşan türkiyəli tanınmış aktyor Ərtoğrul Postoğlu və həyat yoldaşı Azərbaycandadır.
“Qafqazinfo” xəbər verir ki, Bakıda müxtəlif yerləri gəzən cütlük bir sıra mədəniyyət ocaqlarına da baş çəkiblər.
Onların Azərbaycan Dövlət Musiqili Teatrında olarkən çəkilən fotosu da yayılıb. Aktyor bildirib ki, Musiqili Teatr bir çox cəhətlərinə görə digər xarici ölkələrdəki teatrlarla müqayisə oluna biləcək səviyyədədir.
Qeyd edək ki, Ə.Postoğu “Diriliş Ertoğrul” serialında “Bahadır bəy” obrazını canlandırırdı.

Son xəbərlər
Son Xəbərlər