Dırnaq boyası ilə namaz qılmaq olar?

dirnaq-boyasi-ile-namaz-qilmaq-olar
Oxunma sayı: 23429


“Qafqazinfo”nun islam.az-a istinadən məlumatına görə, dırnaq boyası dəstəmaza mane olur. Çünki dəstəmaz alan zaman su dirsəkdən aşağı dırnaqların ucuna kimi qolları bütövlükdə islatmalıdır. Buna görə də, dırnağına boya çəkmək istəyən adam gərək bundan qabaq dəstəmaz alsın.

Amma yuxu da dəstəmazı batil edir. Yəni dəstəmaz alandan sonra yatan adam yuxudan ayılandan sonra gərək dəstəmazını təzələsin. Ona görə də dırnağına boya çəkmiş adam yatsa, ayılandan sonra namaz qılmaq üçün gərək mütləq təzədən dəstəmaz alsın. Bunun üçün əvvəlcə dırnağındakı boyanı da təmizləməlidir.