Dırnaqlarınızdan narazısız?- - Elə isə oxuyun

dirnaqlarinizdan-narazisiz-
Oxunma sayı: 7135


“Qafqazinfo” xarici KİV-ə istinadən məlumat verir ki, dırnağın yaşımtıl olması infeksiya göstəricisidir. Qırmızı xətlər ürək problemlərini, göy rəngə çalan dırnaqlar qandakı oksigen səviyyəsinin aşağı olmasını, ağ rəng qaraciyər narahatlığını, tünd rəngli xətlər isə ürək xəstəliklərinə işarədir. İndi də dırnaq formalarının bizə nələri demək istədiyinə nəzər salaq:

Çox qalın dırnaqlar

Çox qalın dırnaqların olması heç də normal hal deyil. Bu dırnaqlar sizə ağciyər narahatlığı, göbələk infeksiyası, tiroid və qan dövran sistemi xəstəliklərinə dair xəbərdarlıq edir.

Çatlayan dırnaqlar

Çatlayan dırnaqlar laylar halında soyulub tökülən dırnaqlardır. Dırnaqlarınız tez-tez çatlayırsa, C vitamini çatışmazlığı var. Bundan başqa, yanlış qidalandığınızın xəbərçisidir.

Qaşıq formalı dırnaqlar

Bu dırnaqlar daxilə doğru bükülür və qaşığa bənzər bir hal alır. Bədəndə dəmir əskikliyi, ürək narahatlığının əlaməti ola bilər.

Kələ-kötür dırnaqlar

Dırnaqlarınızda olan kələ-kötürlüklər onlara yaxşı qulluq etmədiyinizdən xəbər verir. Ancaq saç tökülməsinə səbəb olan immun narahatlığının da əlaməti ola bilər.

Dalğalı dırnaqlar

Dırnaqların üstü hamar olmalıdır. Əgər gözlə görünən hər hansı bir dalğalanmalar varsa, bu dəmir əskikliyi, arterit və ya lupus xəstəliklərinin əlaməti sayıla bilər.

Quru və tez-tez qırılan dırnaqlar

Dırnaqlarınız tez-tez qırılırsa, hormon səviyyənizi yoxlatdırmağınız məsləhətdir. Digər bir halda bu, göbələk xəstəliyinin də xəbərçisi ola bilər.

Yumru dırnaqlar

Əgər dırnaqlarınızın ətrafındakı dəri şişirsə ağciyər və ya  qaraciyər problemləri, bağırsaq xəstəliklərinin xəbərçisidir.

Vücudunuzu yaxşı tanıyın, onda olan hər hansı bir dəyişikliklərdə həkimə müraciət etməyi unutmayın.

Günel Hacı

“Qafqazinfo”