“Dislaliya”dan xilas yolu Pozitiv Psixologiya Mərkəzində - Fotolar

dislaliyadan-xilas-yolu-pozitiv-psixologiya-merkezinde
Oxunma sayı: 632

Hər bir valideyn övladının sağlam və düzgün inkişafı üçün çalışır. Sözsüz ki, bu inkişafda nitqin də öz yeri var. Səlis danışıq, aydın və qüsursuz tələffüz uşağın ünsiyyəti üçün olduqca vacib amildir. Amma təəssüflər olsun ki, texnologiyanın inkişaf etdiyi dövrdə günümüzün ən aktual problemi uşaqlarda olan nitq inkişafının ləngiməsidir.

Bəs çıxış yolu? Əlbəttə var. Pozitiv Psixologiya Mərkəzinin rəhbəri, Beynəlxalq sertifikatlı psixoloq Fidan Məmmədzadə problemdən çıxış yollarını göstərir:

“Bu gün daha çox uşaqlarda “dislaliya”əlamətlərinə rast gəlinir. Bu söz yunancadan tərcümədə “nitq səslərinin tələffüz pozuntusu” deməkdir. Dislaliya zamanı uşaqlar hər hansısa bir səsi düzgün tələffüz edə bilmir, onu başqa bir səslə, məsələn: “r”-nı “y” ilə, “s”-nı “ş” ilə əvəz edirlər. Belə uşaqlar fikirlərini tam ifadə edə bilmir, özlərinə qapanırlar ki, bu da aqressiyaya aparıb çıxarır. 

Uşaqlarda müşahidə edilən digər problem isə nitq inkişafının ləngiməsidir. Bəzən valideynlər bunun fərqinə varmırlar. Amma deyim ki, 1yaşlı uşaq 10-12, 2-3 yaşlı uşaq 200-300 söz, 3-4 yaşlı uşaqda 800-1000, 4-5 yaşlı uşaqda isə 2000-2500 söz olmalıdır. Əgər bu inkişaf vaxtında korreksiya edilməsə, uşaq öz yaşıdlarından istər akademik bacarıqlarda, istərsə də gündəlik həyat fəaliyyətində geri qalacaqdır. Əgər valideynlər övladlarında bu kimi halları müşahidə edirlərsə, Pozitiv Psixologiya Mərkəzinin mütəxəssislərinə müraciət etsinlər. Çünki müasir texnoloji avadanlıqlara təchiz olunan mərkəzimizdə bu kimi problemləri yüksək səviyyədə aradan qaldıran analoqu olmayan FORBRAIN cihazı var.

Bu, kənardan gələn səslərin sümükkeçiriciliyi vasitəsilə daha yaxşı qəbulunu idarə edən cihazdır. Aparat öz səsini, hecaları, nitq səslərini mənimsəməkdə olduqca effektivdir. O, beyinə ötürülən səslərin stimulyasiyasını təmin edir. 2 yaşdan yuxarı uşaqlara tətbiq edilir. Cihazın dinamik filtir hissəsi müəyyən səsi dəyişir, beyinə müsbət təsir göstərir və nitq yaddaşı sürətlə inkişaf edir. Səs 10 dəfə daha sürətlə və aydın eşidilir. Seanslarda aparatla müalicə pulsuzdur.  Unutmayaq ki, vaxtında müdaxilə sabahkı böyük bir problemin qarşısını alır.

Pozitiv Psixologiya Mərkəzi - Sağlam gələcək bizimlə gələcək. 

Bakı

Bakı şəhəri, Azadlıq prospekti 195B ( “Azadlıq” m/st. yaxınlığı)

Sumqayıt

Sumqayıt şəhəri, 5-ci mkr, C. Cabbarlı 89

Quba

Quba şəhəri, Heydər Əliyev prospekti, (İlqaroğlu biznes center)

Gəncə

Gəncə şəhəri, Atatürk pr. döngə 2 (Mərkəzi Univermağın arxa tərəfi, keçmiş Menar bağçası)

Əlaqə nömrəsi : 070 725 00 00