Əməkdar artist Röya Ayxan Muz TV-yə açıqlama verib.
“Qafqazinfo”nun məlumatına görə, müğənni hazırda dişləri ilə bağlı müalicə aldığını və danışmaqda çətinlik çəkdiyini söyləyib:
“Hazırda dişlərimlə bağlı problemlər var, onları müalicə edirəm. İndi güclə danışıram. Oxumağa başlayanda yeni layihələri görəcəksiniz. Əməkdar artist adı aldığıma görə çox sevinirəm. Bu məni sevənlərin hədiyyəsidir”.
Röya saytlardan birinin ona aid olması barədə yayılan xəbərlərə münasibət bildirib:
“Mən qələt edərəm. Kiminsə maraqlı fikri varsa, onu həyata keçirməsi üçün gücüm çatanı edirəm. Amma bu saytın mənə heç bir aidiyyatı yoxdur”.
Son xəbərlər
Son Xəbərlər