ABŞ-ın “The Walt Disney Company” şirkəti Rusiya ərazisində filmlərinin yayımını dayandırıb.
Bu barədə “Qafqazinfo” CNBC teleşirkətinə istinadən xəbər verir.
“Ukraynaya əsassız müdaxilə və dəhşətli humanitar böhranı nəzərə alaraq, Rusiyanın kinoteatrlarında film nümayişlərini, o cümlədən “Pixar” studiyasının istehsalı olan “Turning Red”in qarşıdakı premyerasında dayandırırıq”, - məlumatda deyilir.
“The Walt Disney Company”nin nümayəndələri qeyd ediblər ki, şirkət rəhbərliyi gələcək qərarları vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq qəbul edəcək.
Şirkət, həmçinin “The Batman” filminin Rusiyada martın 2-də baş tutmalı olan premyerasını da təxirə salıb.
Son xəbərlər
Son Xəbərlər